Azərbaycanlı ekspert karantin rejiminin uzadılmasına etiraz edir
Natiq Cəfərli: Vətəndaşı bu qədər aşağılamağın acı nəticələri olacaq
Azərbaycanlı ekspert karantin rejiminin uzadılmasına etiraz edib.
İqtisadçı Natiq Cəfərli ölkədə xüsusi karantin rejiminin müddətinin daha 3 ay uzadılmasına münasibət bildirərkən deyib: “Dünyada karantin ləğv edilib, bizim məmurlar isə virusu bəhanə edib ölkəni nüfuzdan salırlar. Əgər virus bəhanədirsə, əsas məsələ təhlükəsizlikdirsə, bu lap böyük rüsvayçılıqdır – belə çıxır ki, Azərbaycan Dövləti öz təhlükəsizlik konsepsiyasını quru sərhədlərin bağlı olması üzərinə inşa edib”.
Ekspert əlavə edib ki, vətəndaşı bu qədər aşağılamaq olmaz!
Xatırladaq ki, dünən iyunun 23-də baş nazir Əli Əsədovun müvafiq qərarı ilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.