Azərbaycan səfiri İran XİN-də görüşlər keçirib
(last modified Tue, 23 Jul 2024 08:24:09 GMT )
İyul 23, 2024 12:24 Asia/Baku
  • Azərbaycan səfiri İran XİN-də görüşlər keçirib

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya İdarəsinin rəisi Moctəba Dəmirçilu və Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşlər keçirib.

Image Caption

 

Azərbaycan Respublikasının Tehrandakı səfirliyi bu barədə məlumat yayıb. Bildirilib ki, görüş çərçivəsində ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.Qeyd edək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ötən həftə bildirdi ki, Bakı ilə Tehran arasında aparılan müzakirələr nəticəsində Azərbaycanın Tehrandakı səfirliyi yeni ünvanda öz fəaliyyətini bərpa edib. Beləliklə səfir Əli Əlizadə və səfirliyinin diplomatik korpusu İrana qayıdıblar.