ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh müqaviləsini imzalamağın vaxtı çatıb
(last modified Sat, 27 Jul 2024 05:36:10 GMT )
İyul 27, 2024 09:36 Asia/Baku
  • ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh müqaviləsini imzalamağın vaxtı çatıb

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı çatıb.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb. Müqavilə Cənubi Qafqazın iqtisadi potensialını üzə çıxarmağa imkan verəcək.

Ermənistan KİV-inə istinadən, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Cənubi Qafqazın sosial və iqtisadi potensialını üzə çıxaracaq sülh sazişini imzalamağın vaxtı çatıb.

Bundan əvvəl ABŞ və Ermənistan ikitərəfli münasibətlərini “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəltmək niyyətində olduqlarını və Vaşinqtonun İrəvana ticarət, hərbi, məhkəmə-hüquq və demokratiya məsələlərində kömək edəcəyini bəyan ediblər.

Qeyd edək ki, Rusiyanın Ukrayna müharibəsində iştirak etdiyi bir vaxtda ABŞ fürsətdən istifadə edib və Ermənistanla yaxınlaşaraq, Cənubi Qafqaz regionunda təsir imkanlarını genişləndirməklə bu cəbhədə Rusiyaya təzyiq göstərməyə çalışır.