Şoyqu Bakıda nələri müzakirə edib?
(last modified Tue, 06 Aug 2024 19:04:23 GMT )
Avq 06, 2024 23:04 Asia/Baku
  • Şoyqu Bakıda nələri müzakirə edib?

TASS xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Bakıya işgüzar səfəri zamanı Qərbin Cənubi Qafqazda təhlükəsizliyin yaradılması prosesinə müdaxilə cəhdlərini müzakirə edib.

 

Şoyqu Azərbaycan Təhlükəsizlik Şurasının sədri Ramil Usubov və prezident İlham Əliyevlə danışıqlar aparıb.

"Məsələlərin ən geniş spektri müzakirə olunub. İlk növbədə, bu, Cənubi Qafqazda təhlükəsizlikdir. Ermənistanla sülh sazişidir, onun 10-cu redaksiyası İrəvana verilib. Və təbii ki, Qərbin bu prosesə çox fəal müdaxilə etmək cəhdləridir”, - Şoyqu jurnalistlərə bildirib.

“Əlbəttə ki, İlham Əliyevin “3+3” formatında danışıqlar ideyasıdır. Biz bunu dəstəkləyirik və bu mövzunu da müzakirə etdik”.

Şoyqunun sözlərinə görə, bu formatdan təkcə Ermənistan-Azərbaycan nizamlanması üçün deyil, həm də bütövlükdə Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün istifadə edilməlidir.