Azərbaycan İsrail agentliyini qınadı
MEDİA Agentliyi: Azərbaycanda hər hansı ölkənin hərbi kontingenti mövcud deyil
Azərbaycan Respublikasını Media İnkişafı Agentliyi bu ölkədə xarici qüvvələrin mövcud olmasını təkzib edib və buna görə İsrail rejiminin Kan agentliyini də qınayıb.
Media Agentliyi bildirir: “Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Dezinformasiyanın təsiri altında “Iran International” televiziya kanalı, habelə “The Telegraph” nəşri və İsrailin “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirmiş, guya İsrailin öz həbrçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yaymışdır.
Media Agentliyi qeyd edib ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı informasiya manipulyasiyalarını ciddi şəkildə qınayırıq”.