Azərbaycan Respublikasında Xəstənin döyülməsi ümumi fikri narahat edib
Azərbaycan Respublikasında bir xüsusi təyinatlı tibb müəssisəsində xəstənin ölümcül döyülməsi media və sosial şəbəkələrdə ciddi reaksiyalara səbəb olub.
Sosial şəbəkələrdə Elkin Kərimli adlı istifadəçi atası olduğunu bildirdiyi şəxsin görüntülərini yayıb.
O, iddia edib ki, atasını 1 saylı Maştağa Psixiatriya xəstəxanasında ölümcül döyüblər:
"Bir ağıllı çıxıb izah eləsin ki, gecə növbəsində bu hadisəni bir nəfər görüb, eşidən olmayıb? O qədər polis mühafizəsi, sıravi mühafizə, tibb bacıları, sanitarkalar, biri görmədi, eşitmədi?".
Elkin Kərimli onu da qeyd edib ki, atası iki gün əvvəl təcili yardımla xəstəxanaya aparılıb, orada da döyüblər:
"Həkim də bu səhər mənə yığır ki, gəl, atanın vəziyyəti pisdir, "skoru" çağırmışıq gəlib aparmırlar, "skoru" deyir ki, xəstə ölür, evə getsin. Belə şey olar? Saat 17:00-a kimi atam orada o vəziyyətdə qalıb, həkim müdaxiləsi olmayıb, oturub gözləmişik ki, kimsə gəlib atamı aparacaq",-döyülən xəstənin övladı deyib.
Şikayətçinin atasının müəssisə işçiləri tərəfindən döyüldüyünü deməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-in mətbuat xidməti ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirildiyini bildirib.