Namizəd seçki məntəqəsində fiziki zorakılığa məruz qalıb
Sen 01, 2024 15:56 Asia/Baku
70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, ictimai fəal Vəfa Nağı Qaçaqkənd kəndindəki 40 saylı seçki məntəqəsində fiziki zorakılığa məruz qaldığını bildirib.
Vəfa Nağının sözlərinə görə, o, seçki məntəqəsinə evdə daşınan qutulardan istifadə edərək səs vermək istəyənlərin çox olması barədə məlumatla əlaqədar gəlib.
Namizəd bunu yoluna qoymaq istədiyini və müşahidəçisi ilə əlaqə saxlayan zaman digər namizəd Tənzilə Rüstəmxanlının nümayəndəsinin hücumuna məruz qaldığını bildirib.
Qızın dediyinə görə, Rüstəmxanlının nümayəndəsi onun üzünə zərbə vurub.
Onun müşahidəçisi və məntəqədə olan jurnalist də fiziki təzyiqlərə məruz qalıb və onların üçü də zorla məntəqədən çıxarılıb.
Nağı polisə şikayət edib.