Müsavat Partiyası təhqir olundu
YAP-ın müttəfiqi ana müxalifət partiyası adlandırılıb
Növbədənkənar parlament seçkikərindən sonra kimə ana müxalifət partiyası adının verilməsi üstündə qovğa yaranıb.
Bu məlumata əsasən, 34 namizədlə seçkiyə qatılmış Müsavat Partiyasının məğlubiyyəti təsdiqləndikdə, Azərbaycan iqtidarı formal müxalifət pariyası sayılan, lakin əslində onun müttəfiqi olan Vətəndaş Həmrəylik Partiyasını (VHP) ana müxalifət kimi təqdim etmək istəyir.
Axar.az saytı bu barədə yazır: Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə Milli Məclisdə yer alacaq partiyaların sayı məlum olub, parlamentdə ən çox yerə 68 mandatla YAP sahib çıxıb.
Bu məlumata əsasən, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 3, Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD) 2, Böyük Quruluş Partiyası (BQP) 1, REAL 1, Milli Cəbhə Partiyası (MCP) 1, Bütöv Azərbaycan Partiyası (BAP) 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası (AMDP) 1, Ana Vətən Partiyası 1, Demokratik İslahatlar Partiyası (DİP) 1 nəfərlə təmsil olunacaq.
Bitərəf namizədlərdən isə 45 nəfər qalib gəlib.
Beləliklə, Milli Məclisdə “ana müxalifət” partiyası VHP olacaq.