Sen 09, 2024 13:09 Asia/Baku
  • “Zəngəzur” dəhlizi qondarma bir dəhlizdir

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri ölkənin rəsmi siyasətini təkrarladı

 

     İran parlamenti - İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı son mövqeyinə reaksiyasında bildirib ki, bu dəhlizin yaradılması İran İslam Respublikasının qırmızı xəttidir.

İbrahim Əzizi deyib: “Zəngəzur dəhlizində geosiyasi proseslərlə bağlı məsələlərin region ölkələrinin marağında olmadığı aydındır. İran da bu məsələnin qəti əleyhinədir”.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi qondarma bir dəhlizdir. Görünən odur ki, bu dəhlizin yaradılması bəhanəsi ilə İranın bölgədəki hərbi və siyasi gücünü azaltmaq üçün hansısa əllər işləyir”.

Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri vurğulayıb: “Bu cür illüziyalara uyanlara xəbərdarlıq edirik ki, bu cür qərarların nəticələri onlar üçün ağır və baha başa gələcək”.

Teqlər