Gədəbəy xərçəng xəstəliyinə görə lider rayondur
https://parstoday.ir/azeri/news/azerbaijan-i756-gədəbəy_xərçəng_xəstəliyinə_görə_lider_rayondur
Xərçəng xəstələrinin statistikasına görə Gədəbəy rayonu respublikada birinci yeri tutur.
(last modified 2023-07-01T03:38:57+00:00 )
İyun 28, 2023 10:44 Asia/Baku
  • Gədəbəy xərçəng xəstəliyinə görə lider rayondur

Xərçəng xəstələrinin statistikasına görə Gədəbəy rayonu respublikada birinci yeri tutur.

 

"AzadBaki" informasiya agentliyi xəbər verir ki, bu barədə Texnika elmləri doktoru Elçin Cavadov məlumat verib.

Bundan əlavə qeyd olunur ki, Söyüdlü kəndi 7-ci gündür blokadadadır, kənd əhalisi zülmə məruz qalıb, 10 nəfərdən çox insan şərlənərək həbs edilib, işgəncə görüb.

Qızıl mədəninin fəaliyyəti nəticəsində zəhərli sianid turşusunun ətraf mühitə yayılması əhalini hiddətləndirən əsas amil olub.