Azərbaycan vətəndaşlarına çağırış: Fransaya getməyin!
https://parstoday.ir/azeri/news/azerbaijan-i834-azərbaycan_vətəndaşlarına_çağırış_fransaya_getməyin!
Rəsmi Bakı Azərbaycan vətəndaşlarını Fransaya səfər etməməyə çağırıb.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyul 02, 2023 14:23 Asia/Baku
  • Azərbaycan vətəndaşlarına çağırış: Fransaya getməyin!

Rəsmi Bakı Azərbaycan vətəndaşlarını Fransaya səfər etməməyə çağırıb.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Xəbərdarlıqda Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində baş verən iğtişaşları, polis tərəfindən kütləvi zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.