Britaniya parlamentində Azərbaycanla bağlı müzakirələr
(last modified Fri, 15 Nov 2024 13:14:31 GMT )
Noy 15, 2024 17:14 Asia/Baku
  • Britaniya parlamentində Azərbaycanla bağlı müzakirələr

Noyabrın 14-də Britaniya Parlamentinin İcmalar Palatasında “Akademik Azadlıq və Azərbaycanın Enerji Sənayesində Korrupsiya” mövzusunda dinləmələr keçirilib.

Tədbirə Britaniya Parlamentinin üzvü, parlamentdə partiyalararası Korrupsiyaya Qarşı Mübarizə Qrupunun sədri Joe Powell moderatorluq edib. Tədbirdə iqtisadçı Qubad İbadoğlunun qızı, Jalə Bayramova da çıxış edib.

Natiqlər Azərbaycanın COP29-a ev sahibliyi kimi rolu ilə fərqli səslərə qarşı repressiyaları arasında narahatlıq doğuran əlaqəni müzakirə ediblər. Tədbir iştirakçıları çıxışlarında mədən yanacaq sənayesindəki korrupsiyanı ifşa etdiyinə görə 2023-cü ilin iyul ayından Azərbaycanda həbs edilən və hazırda polis nəzarəti ilə girov saxlanılan Qubad İbadoğluya azadlıq tələb edib.

Tədbir iştirakçıları Azərbaycanda artan repesiyalardan, akademik azadlıqların məhdudlaşdırılmasından, alimlərin həbsindən narahatlıqlarını ifadə edib, Britaniyada Azərbaycan mənşəli çirkli pulların aşkar olunması istiqamətində fəaliyyətin gücləndirilməsi və Qlobal Maqnitski aktı üzrə sanksiyaların tətbiqi sahəsində mövcud imkanları müzakirə ediblər.