Azərbaycan gəncliyi sionist planın hədəfində
(last modified Fri, 15 Nov 2024 13:15:28 GMT )
Noy 15, 2024 17:15 Asia/Baku
  • Azərbaycan gəncliyi sionist planın hədəfində

Cinayətkar sionist rejimin Regional Əməkdaşlıq Nazirliyinin baş direktoru Bakı və Tələvivin təhsil və təhlükəsizlik sahələrində “zəngin” əməkdaşlıq təcrübəsinə malik olduqlarını deyib.

COP29-da iştirak üçün Bakıda olan İşğalçı rejimin Regional Əməkdaşlıq Nazirliyinin baş direktoru Gilad Şadmon müxbirlərə açıqlamasında belə deyib: "Ölkələrimiz uzun illərdir təhlükəsizlik, təhsil, maliyyə və bank sahələrində, həmçinin iqlim dəyişikliyi məsələlərində əməkdaşlıq edir. Əminəm ki, bu əməkdaşlıq tezliklə öz bəhrəsini verəcək".

G.Şadmon müsəlman Azərbaycanla müsəlman düşməni olan sionist rejim arasında “oxşar cəhətlər”-dən danışıb və bunun onlar arasında daha səmimi və yaxın münasibətlərin qurulmasına kömək etdiyini deyib.

Azərbaycanda xəyanətkar fəaliyyətləri üçün uşaqlar və gəncləri hədəfə alan qəsbkar rejimin nümayəndəsi Bakı ilə birgə təhsil proqramı haqqında sənəd imzalayacağını deyib. Onun dediyinə görə azərbaycanlı müəllimlər, “iqlim çağırışları”nın şagirdlərə çatdırılması yollarını sionistlərdən öyrənməli olacaqlar.

“Hər iki ölkənin müəllimləri uşaqların təhsilində eyni metodikadan istifadə edəcəklər. Bu, müxtəlif layihələri birlikdə həyata keçirməyə imkan verəcək", sionist Gilad Şadmon deyib.