Əliyev Ermənistanın hərbi hazırlıqlarını 2025-ci ilin ən narahatedici məqamları adlandırıb
Azərbaycan Respulikasının prezidenti yeni il münasibət ilə çıxışında Ermənistan ordusunun hərbi tədarükü və xarici ölkələrdən silah almasından narahatlığını bildirib və bunun heç bir məntiqi əsasının olmadığını bildirib.
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə etdiyi çıxışında Ermənistanın geniş silahlanma kampaniyasının region üçün təhlükə mənbəyi olduğunu bildirib.
Əliyev deyib: Əgər bu ilin ən narahatedici məqamlarını qeyd edəcəyiksə, bu, mütləq Ermənistanın hərbi təchizat və silah-sursat məsələsi olacaq.
Bu barədə Azərnews xəbər yayıb.
Bunun heç bir məntiqi izahı yoxdur, Ermənistan öz düşmənçilik siyasətini həyata keçirməklə biabırçı uğursuzluqla üzləşib. Cənubi Qafqaz sülh, təhlükəsizlik və əməkdaşlıq regionu olmalıdır. Ermənistanın geniş və sürətlə hərbiləşdirilməsi, ölümcül silahların tədarükü, mümkün sülhü poza bilər.-deyə AR-nın prezidenti bildirib
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın xarici ölkələrdən silah alması ilə bağlı Azərbaycanın mövqeyinə cavab olaraq bildirmişdi ki, Ermənistan da Azərbaycan Respublikası kimi silahlarını modernləşdirmək üçün tərəfdaşları və müttəfiqləri ilə əməkdaşlıq etmək hüququna malikdir.