Rəisi Afrika səfərinin əsas məqsədlərini açiqlayib
İranın strateji dərinliyinin gücləndirilməsi Afrika səfərinin əsas məqsədlərindən olub
Prezident Seyid İbrahim Rəisi, məsələni belə açıqlayıb:
Afrika qitəsi ölkələrilə əlaqələrin genişləndirilməsi bu səfərin məqsədlərindən olub, cünki Afrika münbit istedadlar, torpaqlar, mədənlər, təbii mənbələr və dəyərli fürsətlər qitəsidir.
Seyid İbrahim Rəisi bu gün səhər tezdən üç Afrika ölkəsi- Keniya, Uğanda və Zimbabveyə səfərindən sonra İrana daxil olarkən bu səfərin nəticə və nailiyyətlərini şərh edib: Afrika qitəsilə əlaqələrimiz Asiya qitəsi və dünyanın digər nöqtələri ilə əlaqələr kimi önəmlidir və fürsətlər diyarı olan bu qitə, unudulmamalıdır.
İran prezidenti əlavə edib: Afrika xalqları İran xalqının İslam İnqilabının haqsevərliyi, müstəmləkəçiliklə mübarizəsi və möminliyi kimi göstəriciləri gördükdə, bu inqilaba, ondan irəli gələn quruluşa, rəhbərliyə və İslam İnqilabının mesajına maraq göstərdilər.
Afrika qitəsi ölkələrilə ticari-iqtisadi əlaqələrin gücləndirilməsini sözügedən səfərin hədəflərindən adlandıran Rəisi belə qeyd edib: Bu səfərdə ölkənin qida təhlükəsizliyinin, Afrika ölkələrində istehsal edilən əsas ticarət mallarına əlçatanlığın asanlaşdırılması, eləcə də startap məhsullar xüsusiyyət təşkil etməklə İran məhsulları üçün yeni ixracat bazarlarının yaradılması ilə yüksəldilməsi məsələsini/ təqib etdik.
Sözügedən ölkələrin İranın startap məhsullarını satın almağa olan maraqlarına toxunan ölkə prezidenti deyibdir ki: Həmin ölkələrdə ölkəaşırı əkin layihəsinin icrası imkanı, münasib qiymətlə əsas ticarət mallarının və xammalın təmin edilməsinin asanlaşdırılması, bu səfərin əsas məqsədlərindən olaraq, uğurla təqib edilibdir.
Rəisi əlavə edib: Həmçinin elm və texnologiya əməkdaşlıqlarının genişləndirilməsi istiqamətində hər üç ölkədə İranın elm və texnologiya ofisləri fəaliyyətə başladılar.
Rəisi sonra söyləyib: Hər üç ölkədə iqtisadi fəallarla yaxşı görüşlər keçirdik və onların fəaliyyətləri qarşısında duran problemlərin aradan qaldırılması qərara alındı.
Prezident sözlərinə belə davam edib: İran bu ölkələrlə, bu gün Qərb ölkələri tərəfindən təşviq edilən əxlaqi qüsurlarla mübarizə, ailə mühitinin qorunması, əsl insan hüquqlarının müdafiəsi, təktərəfliliklə mübarizə və müxalifət sahələrində ortaq mövqelərə malikdir.
Rəisi sonda vurğulayıbdır ki, İran İslam Respublikası, dünyanın sırf olaraq, bir neçə Qərb ölkəsində məhdudlaşmadığına inanır və biz bütün dünya ölkələrilə əlaqələrə malik olmaq əzmindəyik.