Çabahar limanı Hindistan üçün qızıl fürsətdir_ Hindistanın İrandakı səfiri
https://parstoday.ir/azeri/news/iran-i1074-Çabahar_limanı_hindistan_üçün_qızıl_fürsətdir_hindistanın_İrandakı_səfiri
Hindistanın Tehrandakı səfiri deyib : Çabahar limanı regionda iqtisadi inkişaf üçün dönüş nöqtəsi və Hindistan üçün qızıl fürsətdir”.
(last modified 2023-07-16T07:31:21+00:00 )
İyul 15, 2023 09:21 Asia/Baku
  •  Çabahar limanı Hindistan üçün qızıl fürsətdir_ Hindistanın İrandakı səfiri

Hindistanın Tehrandakı səfiri deyib : Çabahar limanı regionda iqtisadi inkişaf üçün dönüş nöqtəsi və Hindistan üçün qızıl fürsətdir”.

İRNA-nın məlumatına görə, səfir Rudra Qaurav Şerest cümə günü Çabahara səfəri zamanı bu limanın mövqeyinin regionda, Avrasiya və hətta Avropada ticarət mübadiləsini genişləndirmək baxımından unikal olduğunu bildirib və əlavə edib: “ŞƏT üzvləri Çabahar limanının daşıma imkanlarından maksimum istifadə etməyə cəhd edə bilərlər”.

 Hindistanın İrandakı səfiri əlavə edib ki “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ,Mərkəzi Asiyada dənizə çıxışı olmayan ölkələrin Hind okeanına çıxışı üçün təhlükəsiz və səmərəli vasitə ola bilər”.

Çabahar limanı strateji mövqeyi və Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Qazaxıstan kimi Orta Asiyanın dənizə çıxışı olmayan ölkələrinin açıq sularına ən yaxın çıxışına görə xüsusi əhəmiyyət kəsb edir.