Rəisi: Voleybol komandasının çempionatı İran gənclərinin bacarıq və istedadının təzahürüdür
https://parstoday.ir/azeri/news/iran-i1092-rəisi_voleybol_komandasının_çempionatı_İran_gənclərinin_bacarıq_və_istedadının_təzahürüdür
İran İslam Respublikası prezidenti mesajında ​​ölkənin 21 yaşadək milli voleybol komandasını dünya yarışlarında çempion olması münasibətilə təbrik edərkən, bu qələbəni İran gənclərinin bacarıq və istedadının növbəti təzahürü kimi qiymətləndirib.
(last modified 2023-07-18T07:18:06+00:00 )
İyul 17, 2023 06:18 Asia/Baku
  • Rəisi: Voleybol komandasının çempionatı İran gənclərinin bacarıq və istedadının təzahürüdür

İran İslam Respublikası prezidenti mesajında ​​ölkənin 21 yaşadək milli voleybol komandasını dünya yarışlarında çempion olması münasibətilə təbrik edərkən, bu qələbəni İran gənclərinin bacarıq və istedadının növbəti təzahürü kimi qiymətləndirib.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin təbrik məktubunda bildirilir ki, İranın 21 yaşadək gənclərdən ibarət milli voleybol komandasının Manamada keçirilən dünya çempionatında qazandığı güclü, ümidverici və məğlubiyyətsiz qələbə Ölkə gənclərinin bacarıq və istedadının daha bir təzahürü ilə İran xalqının sevinc və fərəh mənbəyinə çevrildi.

Rəisi İran xalqını bu dəyərli uğur münasibətilə təbrik edərək, milli voleybol komandasının bütün məşqçi və heyətinə, xüsusilə İslam Respublikasının müqəddəs bayrağını dalğalandıraraq İranın adını məşhurlaşdıran gənclərə səmimi təşəkkürünü bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da İran İslam Respublikasının gənclərdən ibarət milli voleybol komandasını 21 yaşadək kişilər arasında 22-ci dünya voleybol çempionatının qalibi olması münasibətilə təbrik edib.

İranın gənclərdən ibarət milli voleybol komandası bazar günü gecə İtaliyaya qalib gələrək ardıcıl səkkiz qələbə ilə dünya çempionu olub və ikinci dəfə olaraq birinci kürsüyə qalxıb.