Əraqçi Pakistana getdi
(last modified Sun, 04 May 2025 16:18:57 GMT )
May 04, 2025 20:18 Asia/Baku
  • Əraqçi Pakistana getdi

İran İslam Respublikasının Xarici İşlər naziri Pakistan İslam Respublikasının yüksək rütbəli rəsmiləri ilə görüş və danışıqlar aparmaq məqsədi ilə Tehrandan İslamabada yola düşüb.

 

Seyid Abbas Əraqçi bu gün axşam saatlarında siyasi heyətin müşayiəti ilə Pakistana yola düşüb.

Bu səfər çərçivəsində ölkəmizin Xarici İşlər naziri Pakistanın yüksək səviyyəli rəsmiləri ilə görüşəcək, ikitərəfli məsələlər, o cümlədən iqtisadi-ticari əməkdaşlıq, sərhəd təhlükəsizliyi, eləcə də regional və beynəlxalq hadisələrlə bağlı müzakirə və fikir mübadiləsi aparacaq.