Kremlin sözçüsü: İranla münasibətlər uduş-uduşdur
https://parstoday.ir/azeri/news/world-i11060-kremlin_sözçüsü_İranla_münasibətlər_uduş_uduşdur
Kremlin sözçüsü bu yaxınlarda Moskvanın ev sahibliyi etdiyi İran və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyanın nəticələrini müsbət qiymətləndirib və deyib: Moskva-Tehran əlaqələrinin inkişafı hər iki tərəfin xeyrinədir.
(last modified 2025-05-14T10:54:02+00:00 )
May 13, 2025 16:27 Asia/Baku
  • Kremlin sözçüsü: İranla münasibətlər uduş-uduşdur

Kremlin sözçüsü bu yaxınlarda Moskvanın ev sahibliyi etdiyi İran və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyanın nəticələrini müsbət qiymətləndirib və deyib: Moskva-Tehran əlaqələrinin inkişafı hər iki tərəfin xeyrinədir.

 

Dmitri Peskov çərşənbə axşamı Moskvada İRNA müxbirinin sualına verdiyi eksklüziv cavabında əlavə edib: Biz iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın işinin nəticələrini müsbət qiymətləndiririk.

Kremlin sözçüsü sözünə davam edib: Biz İranla münasibətləri ortaqlığa əsaslanan və hər iki tərəf üçün faydalı hesab edirik.

O, həmçinin aydınlıq gətirib: “İki ölkə arasında mövcud ticarət dövriyyəsinin həcmi heç bir halda iki ölkənin imkanları ilə mütənasib deyil”.