General-mayor Rezai:
Amerikanın regionun gələcəyində yeri olmayacaq
Ali Milli Təhlükəsizlik Şurasının katibi İraq Ali Məhkəmə Şurasının rəhbəri ilə görüşdə dedi: Amerikanın regionun gələcəyində yeri olmayacaq və region ölkələri öz gələcəkləri barədə qərar verəcəklər
“Pars Today”in Ali Milli Təhlükəsizlik Şurasına istinadən verdiyi məlumata görə, İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi general-mayor Möhsün Rzayi İraq Ali Məhkəmə Şurasının sədri Faiq Zeydan ilə görüşüb müzakirələr aparıb.
Bu görüşdə general-mayor Rzayi İran və İraq arasındakı tarixi və mədəni ortaqlıqlarla bağlı regional əməkdaşlığı vurğulayıb və xatırladıb ki, İran İslam Respublikası müstəqil və güclü İraq istəyir.
Amerikanın regionun gələcəyində yeri olmayacağını vurğulayaraq bildirib ki, region ölkələri öz gələcəkləri ilə bağlı qərar verəcəklər.
Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin iki ölkənin sərhədlərində yerləşən İran əleyhinə qrupların statusunun müəyyənləşdirilməsini vurğulayıb.
Bundan əlavə, Faiq Zeydan İran və İraq arasındakı tarixi və mədəni ortaqlıqlarla bağlı İran İslam Respublikasının dəstəyini yüksək qiymətləndirib.
O, İraq rəsmilərinin salamlarını İslam İnqilabının Ali Rəhbərinə çatdırıb və şəhidlər Hacı Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisin xatirəsini ehtiramla yad edib.
İraq Ali Məhkəmə Şurasının rəhbəri regional əməkdaşlığı vurğulamaqla yanaşı, iki ölkənin ortaq sərhədlərində təhlükəsizliyin təmin edilməsinin vacibliyini də vurğuladı.