İranın real gücü xalqın birliyi və iradəsidir
https://parstoday.ir/azeri/news/iran-i14438-İranın_real_gücü_xalqın_birliyi_və_iradəsidir
General-mayor Əmir Hatəmi 200 gecə ərzində İran xalqının qəhrəmanlıq ruhunda iştirakını yüksək qiymətləndirərək yaydığı mesajda vurğulayıb: “Bu iştirak iman, həmrəylik və milli əzmin unudulmaz təzahürü, eləcə də İran İslam Respublikasının daxili güc strukturunun möhkəmliyinin göstəricisidir.”
(last modified 2026-09-17T07:37:38+00:00 )
Sen 17, 2026 11:35 Asia/Baku
  •  İranın real gücü xalqın birliyi və iradəsidir

General-mayor Əmir Hatəmi 200 gecə ərzində İran xalqının qəhrəmanlıq ruhunda iştirakını yüksək qiymətləndirərək yaydığı mesajda vurğulayıb: “Bu iştirak iman, həmrəylik və milli əzmin unudulmaz təzahürü, eləcə də İran İslam Respublikasının daxili güc strukturunun möhkəmliyinin göstəricisidir.”

Pars Today xəbər verir ki, İran İslam Respublikası Ordusunun Baş Komandanı, general-mayor Əmir Hatəmi yaydığı mesajda bildirib: “Böyük İran xalqının ardıcıl iki yüz gecə ərzində şüurlu, uzaqgörən və düşmənin planlarını puça çıxaran iştirakı iman, həmrəylik və milli əzmin unudulmaz təzahürü, eləcə də İran İslam Respublikasının daxili güc strukturunun möhkəmliyinin göstəricisidir.”

 

O əlavə edib: “Şəhid İmamın qisasının alınması, İslam İnqilabının Ali Rəhbəri ilə yenidən beyət edilməsi və İranın qəhrəman Silahlı Qüvvələrinə dəstək və himayənin ifadəsi olan bu möhtəşəm iştirak bir daha xalqla sistem arasında qırılmaz bağın dərinliyini nümayiş etdirdi.”

 

Əmir Hatəmi vurğulayıb: “İran xalqının gecələr keçirilən izdihamlı və coşqulu toplantıları bu ölkənin düşmənlərinə aydın mesaj verdi: ən çətin meydanlarda birlik və müqavimətlə səhnədə olan bir xalq düşmənlərin İranın təhlükəsizliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı hesablamalarının və planlarının nəticə verməsinə imkan verməyəcək.”

 

İran Ordusunun Baş Komandanı bildirib: “Bu tarixi iştirak düşmənin hesablamalarını pozdu və göstərdi ki, İranın real gücü Silahlı Qüvvələrin müdafiə və çəkindirmə imkanları ilə yanaşı, böyük İran xalqının imanında, birliyində və iradəsində kök salır.”