Əraqçi:
Çində uğurlu məsləhətləşmələr apardım
İranın xarici işlər naziri Çinə səfərindən sonra yayımladığı mesajda səfəri uğurlu qiymətləndirib və İranın Çinlə strateji tərəfdaşlığa xüsusi əhəmiyyət və dəyər verdiyini vurğulayıb.
“Pars Today”nin məlumatına görə, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi sentyabrın 17-si, cümə axşamı səhər saatlarında Çinə səfərindən sonra “X” sosial şəbəkəsində paylaşım edib:
“Çində tərəfdaşlarımızla uğurlu məsləhətləşmələr apardım. İran illər ərzində Çinlə yaratdığımız və möhkəmləndirdiyimiz strateji tərəfdaşlığa xüsusi əhəmiyyət və dəyər verir.
Bu gün qəbul edilən qərarlar regionda gələcək strateji tarazlığa təsir göstərəcək və çoxsaylı, genişmiqyaslı təsirlərə səbəb olacaq.
Prezident Si Cinpin tərəfindən irəli sürülən dörd sülh prinsipi mühüm əhəmiyyət daşıyır.”