Bu gün İran Ordusunun Quru Qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsindədir
https://parstoday.ir/azeri/news/iran-i14136-bu_gün_İran_ordusunun_quru_qoşunları_ən_yüksək_döyüş_hazırlığı_səviyyəsindədir
İranın sərhədləri Silahlı Qüvvələr üçün qırmızı xətdir və İranın müqəddəs ərazisinə hər hansı təcavüz və hücum əvvəlkindən daha güclü cavabla qarşılaşacaq
(last modified 2026-08-25T13:24:53+00:00 )
Avq 25, 2026 17:20 Asia/Baku
  • Bu gün İran Ordusunun Quru Qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsindədir

İranın sərhədləri Silahlı Qüvvələr üçün qırmızı xətdir və İranın müqəddəs ərazisinə hər hansı təcavüz və hücum əvvəlkindən daha güclü cavabla qarşılaşacaq

İran Ordusunun Quru Qoşunlarının komandanı, briqada generalı Cahanşahi,  ölkənin şimal-şərq sərhəd bölgələrinə və Quru Qoşunlarının fəaliyyət göstərən bölmələrinin döyüş qabiliyyətinə baxış keçirərkən bildirib:

Bu gün İran Ordusunun Quru Qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsindədir və yeni texnika və silahlardan istifadə etməklə, istənilən təhdidə uyğun olaraq düşmənlə mübarizə aparmaq üçün konkret əməliyyat planına malikdir.

 

Hər hansı təcavüz və hücumun baş verəcəyi təqdirdə, ölkənin təhlükəsizliyinə təhdid yaradan qüvvələrin bütün mövqeləri və bazaları Quru Qoşunları bölmələrinin pilotsuz uçuş aparatları və artilleriya imkanlarının atəş məsafəsində olacaq.

İranın sərhədləri Silahlı Qüvvələr üçün qırmızı xətdir və İranın müqəddəs ərazisinə hər hansı təcavüz və hücum əvvəlkindən daha güclü cavabla qarşılaşacaq.