Əraqçi: Tətik mexanizmindən sui-istifadəyə reaksiya olacaq
Xarici İşlər naziri Fransanın “Le Point” qəzetində dərc olunan məqaləsində yazır:
İran avropalıların tətik mexanizmindən istifadə etmə ehtimalına qarşı mövqeyini açıq şəkildə ifadə edib. Biz JCPOA-nı imzalayan bütün ölkələrə tətik mexanizmindən sui-istifadənin pis nəticələrinin olacağı barədə rəsmi xəbərdarlıq etmişik; o cümlədən təkcə Avropanın bu müqavilədəki roluna son qoymaq deyil.
Bu keçmişi nəzərə alaraq, mən bir neçə dəfə Avropa ilə mənalı dialoqun bərpasına çağırmışam. Keçən payızda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında mən təkcə nüvə məsələsində deyil, həm də Ukrayna kimi tərəfləri maraqlandıran bütün məsələlərdə iştirak və əməkdaşlıq təklif etmişdim. Bu müsbət jestlər Avropa tərəfindən susqunluq və hərəkətsizliklə qarşılandı, lakin buna baxmayaraq, mən hələ də diplomatiyaya sadiqəm.
Rusiya və Çində son məsləhətləşmələrdən sonra münasibətlərdə yeni səhifə açmaq məqsədi ilə Paris, Berlin və Londona səfər etməyə hazır olduğumu bildirdim. Bu təşəbbüs xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilkin müzakirələrin formalaşmasına səbəb olub. Bu danışıqlar kövrək olsa da, ümidvericidir. Vaxt tükənir.
Bu kritik məqamda necə cavab verəcəyimiz İran-Avropa münasibətlərinin gələcəyini – çoxlarının gözlədiyindən daha çox – müəyyən edəcək. İran münasibətlərdə yeni səhifə açmağa hazırdır. Ümid edirik ki, avropalı tərəfdaşlarımız da eyni şəkildə hazır olsunlar.