Putin: Rusiya İslam ölkələri ilə səmərəli əməkdaşlığı davam etdirir
(last modified Mon, 12 May 2025 11:12:20 GMT )
May 12, 2025 15:12 Asia/Baku
  • Putin: Rusiya İslam ölkələri ilə səmərəli əməkdaşlığı davam etdirir

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Moskva çətin beynəlxalq vəziyyətə baxmayaraq, İslam ölkələri ilə əməkdaşlığı effektiv şəkildə artırır.

 

Bu sözləri Kazan şəhərində keçirilən 16-cı Rusiya-İslam Dünyası Beynəlxalq İqtisadi Forumunu salamlayarkən söyləyən Putin əlavə edib: “Çoxmillətli ölkəmiz əsrlər boyu İslam dünyası ölkələri ilə geniş əməkdaşlığa başlayıb. Bu gün çətin beynəlxalq əməkdaşlığa baxmayaraq, biz iqtisadi, elm, təhsil, humanitar və regionlararası əlaqələri səmərəli və ardıcıl şəkildə genişləndirməkdə davam edirik.”

Bu tədbir beynəlxalq əməkdaşlığın, xüsusilə Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm qlobal platformadır və mayın 13-dən 18-dək Kazan şəhərində keçiriləcək.