İran-ABŞ dolayısı ilə danışıqların dördüncü raundu başa çatıb
(last modified Sun, 11 May 2025 18:29:40 GMT )
May 11, 2025 22:29 Asia/Baku
  • İran-ABŞ dolayısı ilə danışıqların dördüncü raundu başa çatıb

Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəqai İran-ABŞ dolayısı ilə danışıqların dördüncü raundunun başa çatması ilə bağlı yazıb: “İran-ABŞ dolayısı ilə danışıqların dördüncü raundu bir neçə dəqiqə əvvəl başa çatıb; çətin, lakin bir-birinin mövqelərini daha yaxşı başa düşmək və mübahisəli məsələlərin həlli üçün ağlabatan və real yollar tapmaq üçün faydalı danışıqlar.

 

Danışıqların növbəti raundunun vaxtı və yeri Oman koordinatoru tərəfindən açıqlanacaq.”