Prezident Pezeşkiyan xidmət şəhidlərinin ailələri ilə görüşdü
(last modified Mon, 19 May 2025 08:12:06 GMT )
May 19, 2025 12:12 Asia/Baku
  •     Prezident Pezeşkiyan xidmət şəhidlərinin ailələri ilə görüşdü

Dünən axşam, bazar günü, doktor Məsud Pezeşkian, Xidmət Şəhidlərinin helikopter qəzasının ilk ildönümü ərəfəsində, şəhid Seyid İbrahim Rəisi (keçmiş prezident), şəhid Hüseyn Əmir Abdullahiyan (keçmiş xarici işlər naziri), şəhid Malik Rəhməti (şərqi Azərbaycan ostanının keçmiş qubernatoru) və uçuş heyətinin digər üzvlərinin ailələri ilə onların evində görüşüb, söhbət edib və onlara başsağlığı verib.