Rusiyanın xarici işlər nazirinin müavini İranda əraqçi ilə görüşdü
May 19, 2025 12:18 Asia/Baku
Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko, Tehran Dialoq Forumu adlı toplantıya qatılmaq və İran rəsmiləri ilə görüşmək üçün Tehrana gəlib və orada İranın XİN Seyid Abbas Əraqçi ilə görüşüb.
Rudenko bu foruma qatılmaqdan məmnun olduğunu bildirib və bu cür toplantıların iştirakçı ölkələrin siyasi və intellektual nümayəndələri arasında fikir mübadiləsi üçün yaxşı fürsət olduğunu deyib.
O, Rusiya ilə İran arasında güclü münasibətlərə diqqət çəkərək, iki ölkə arasında davamlı məsləhətləşmələrin vacibliyini vurğulayıb. Bu əməkdaşlıq həm ikitərəfli əlaqələrin inkişafına, həm də bölgədə və dünyada sülh və sabitliyin təmin olunmasına kömək edir.
Teqlər