Prezidentler müharibənin diplomatik yolla başa çatdırılmasını müzakirə ediblər
https://parstoday.ir/azeri/news/iran-i14592-prezidentler_müharibənin_diplomatik_yolla_başa_çatdırılmasını_müzakirə_ediblər
İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən MDB sammiti çərçivəsində görüşərək regiondakı böhranın aradan qaldırılması və müharibənin diplomatik yolla başa çatdırılması yollarını müzakirə ediblər. Putin Rusiyanın böhranın siyasi-diplomatik həlli üçün bütün səylərini göstərəcəyini bildirib, Pezeşkian isə ABŞ-la danışıqlara baxmayaraq, İranın dəfələrlə hücuma məruz qaldığını vurğulayıb
(last modified 2026-10-09T16:56:36+00:00 )
Okt 09, 2026 20:52 Asia/Baku
  •  Prezidentler müharibənin diplomatik yolla başa çatdırılmasını müzakirə ediblər

İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən MDB sammiti çərçivəsində görüşərək regiondakı böhranın aradan qaldırılması və müharibənin diplomatik yolla başa çatdırılması yollarını müzakirə ediblər. Putin Rusiyanın böhranın siyasi-diplomatik həlli üçün bütün səylərini göstərəcəyini bildirib, Pezeşkian isə ABŞ-la danışıqlara baxmayaraq, İranın dəfələrlə hücuma məruz qaldığını vurğulayıb

 

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin cümə axşamı axşam Türkmənistanda Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının sammiti və Xəzər dənizinin ətraf mühit məsələlərinə həsr olunmuş sammit çərçivəsində görüşərək fikir mübadiləsi aparıblar.

 

Görüş zamanı Pezeşkian formalaşmaqda olan qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edərək, ticarət, iqtisadiyyat və humanitar sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsinin, birgə strateji proqrama sadiqliyin, birtərəfliliyə qarşı mübarizənin və dünyanın, eləcə də regionun çoxtərəfliliyə doğru istiqamətlənməsinin vacibliyini vurğulayıb.

 

İran Prezidenti diplomatik səylərin davam etdirilməsinə toxunaraq bildirib:

 

“Biz danışıqlar aparırıq, lakin ABŞ-la hər dəfə danışıq apardıqdan sonra yenidən hücuma məruz qalırıq. Buna baxmayaraq, danışıqlar masasını tərk etməyəcəyik. Biz təkliflər irəli sürmüşdük, amerikalılar da yeni təkliflər təqdim etmişdilər. Həmin təkliflərə öz düzəlişlərimizi etmişik. Təkliflər yekunlaşdırıldıqdan sonra mövcud vasitəçilər vasitəsilə bir araya gələrək onları ümumiləşdirməyi planlaşdırırıq”.

 

Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının müharibənin başa çatdırılması ilə bağlı yeni təkliflər irəli sürməsinə toxunaraq bildirib ki, Moskvanın bu məsələdə mövqeyi tamamilə aydındır və Rusiya problemin diplomatik yolla həlli üçün bütün səylərini göstərəcək.

 

Putin İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneiyə salamlarını və cansağlığı, uğur arzularını çatdıraraq, regiondakı problemlərin həllinin və müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb.

 

O qeyd edib ki, regionda əsas məsələ yaranmış böhranın həllidir və İran İslam Respublikasının bu böhranın yaranmasında heç bir rolu olmayıb. Hazırda bir çox ölkə müharibəyə diplomatik yolla son qoymaq üçün səylər göstərir. İran da müharibənin başa çatdırılması məqsədilə yeni təkliflərini təqdim edib.

 

Putin bir daha vurğulayıb ki, Rusiyanın mövqeyi aydındır və Moskva böhranın diplomatik yolla həlli üçün bütün imkanlarından istifadə edəcək.