Lavrov ölkələrin ərazi bütövlüyü prinsipini dəstəkləyib
https://parstoday.ir/azeri/news/iran-i1152-lavrov_ölkələrin_ərazi_bütövlüyü_prinsipini_dəstəkləyib
İran İslam Respublikası və Rusiya XİN rəhbərləri münasibətlərdəki son vəziyyəti müzakirə ediblər.
(last modified 2026-08-01T08:46:57+00:00 )
İyul 19, 2023 11:06 Asia/Baku
  • Lavrov ölkələrin ərazi bütövlüyü prinsipini dəstəkləyib

İran İslam Respublikası və Rusiya XİN rəhbərləri münasibətlərdəki son vəziyyəti müzakirə ediblər.

 

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bildirilir ki, hər iki tərəfi maraqlandıran bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində yer alan beynəlxalq hüququn əsas prinsiplərinə sadiq olduqlarını, o cümlədən ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etdiklərini vurğulayıblar.

Qeyd edək ki, rəsmi Tehran Rusiyanın adalar barədə Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri ilə birgə bəyanatını qınamış və Moskvadan izahat istəmişdi.