Rusiya Raket Qüvvələrinin sabiq komandiri: İsrail müdafiə qabiliyyətini itirmək üzrədir
(last modified Sat, 21 Jun 2025 10:24:45 GMT )
İyun 21, 2025 14:24 Asia/Baku
  • Rusiya Raket Qüvvələrinin sabiq komandiri: İsrail müdafiə qabiliyyətini itirmək üzrədir

Rusiya Raket Qüvvələrinin keçmiş komandiri polkovnik Sergey Xatilov, sionist rejimin İrana qarşı hərbi hücumuna cavab olaraq həyata keçirilən “Sadiq vəd 3” əməliyyatı ilə bağlı News.RU xəbər agentliyinə açıqlamasında bildirib: İsrail müdafiə üstünlüyünü tədricən itirir, İran isə qabaqcıl hərbi gücünü nümayiş etdirməkdə davam edir. Bu inkişaflar bölgədə güc balansında ciddi dəyişikliklərin başlanğıcı ola bilər.

 

Xatilov əlavə edib: İsrailin indiyədək keçilməz hesab olunan raket əleyhinə “Dəmir Qübbə” sistemi artıq zəif nöqtələr göstərməyə başlayıb. Onun sözlərinə görə, İranın bu sistemə üstün gəlməsi çətin deyil. Əvvəla, rəsmi məlumatlara əsasən, İran hipersəs raketlərdən istifadə edir.O vurğulayıb ki, bu raketlərin son dərəcə yüksək sürəti, onları mövcud hava hücumundan müdafiə və raket əleyhinə sistemlər üçün çox çətin hədəflərə çevirir. Bu səbəbdən İsrailin müdafiə sistemləri hipersəs raketləri etibarlı şəkildə zərərsizləşdirə bilmir.Xatilov sonda deyib: İkincisi, Tehran hücumları ardıcıl dalğalarla həyata keçirir – yəni ballistik raketlər, hipersonik raketlər və müxtəlif tip PUA-ların eyni zamanda və geniş şəkildə istifadəsi ilə. Bu fərqli xüsusiyyətlərə malik böyük sayda hədəf, İsrailin müdafiə sistemini ciddi təzyiq altına salır.