Dünya təcavüzkarın həqiqətləri saxtalaşdırmasının qarşısını almalıdır
Sionist rejim təkcə İrana qarşı hərbi hücum etməklə kifayətlənməyib, eyni zamanda həqiqət və insan vicdanına qarşı da bir müharibə başladıb.
İran Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində yayımlanan açıqlamada deyilir:“İsrail, İranın raket hücumlarına dair xarici media xəbərlərinin yayımını qadağan edib.” Niyə? Həqiqətləri gizlətmək üçün. Halbuki İran yalnız hərbi hədəfləri vurur, İsrail isə bilərəkdən mülki şəxsləri hədəfə alır—yüzlərlə İran vətəndaşını, o cümlədən uşaqları qətlə yetirir, xəstəxanaları dağıdaraq ailələrə dərin kədər yaşadır.
İran beynəlxalq media qurumlarını İsrailin müharibə cinayətlərini ifşa etməyə dəvət edib.Unutmayın: bu, sülhsərvər bir xalqa qarşı səbəbsiz hücumu başlayan İsrail idi.