İranın gənclərdən ibarət sərbəst güləş yığması Asiya çempionu olub
https://parstoday.ir/azeri/news/iran-i1178-İranın_gənclərdən_ibarət_sərbəst_güləş_yığması_asiya_çempionu_olub
İran komandası səkkiz rəngli medal qazanaraq İordaniyada keçirilən sərbəst güləş üzrə gənclər arasında Asiya yarışmasında çempion olub.
(last modified 2023-07-22T07:12:55+00:00 )
İyul 21, 2023 07:09 Asia/Baku
  • İranın gənclərdən ibarət sərbəst güləş yığması Asiya çempionu olub

İran komandası səkkiz rəngli medal qazanaraq İordaniyada keçirilən sərbəst güləş üzrə gənclər arasında Asiya yarışmasında çempion olub.

İordaniyada keçirilən Gənclər arasında Asiya sərbəst güləş yarışının yekununda İran komandası Əli Rezai 70 kq, Məhəmməd Mobin Əzimi 92 kq və Əmirəli Puladi 125 kq-da 3 qızıl, 57 kq-da İbrahim Xari, 65 kq-da İbrahim Elahi, 74 kq-da Hüseyn Məhəmməd-aqayi, 79 kq-da Fərzad səfi-Cahanşahi və 86 kq-da Əmir_Hüseyn Əlizadə 5 gümüş medal qazanaraq çempionatın qalibi olub.

Komanda sıralamasında İran 191 xalla çempion olub, Hindistan 180 və Qazaxıstan 160 xalla ikinci və üçüncü olub.

İordaniyanın paytaxtı Ammanda çərşənbə və cümə axşamı gənclər arasında sərbəst güləş üzrə Asiya çempionatı keçirilib.