Bu gün bütün İslami İranda Qurani-Kərimin təhqir olunmasını pisləyən aksiya keçiriləcək
https://parstoday.ir/azeri/news/iran-i1180-bu_gün_bütün_İslami_İranda_qurani_kərimin_təhqir_olunmasını_pisləyən_aksiya_keçiriləcək
Bu gün İslami İranda cümə namazından sonra İsveçdə Qurani-Kərimin təhqir olunmasına etiraz olaraq aksiya keçiriləcək.
(last modified 2023-07-22T07:12:56+00:00 )
İyul 21, 2023 07:26 Asia/Baku
  • Bu gün bütün İslami İranda Qurani-Kərimin təhqir olunmasını pisləyən aksiya keçiriləcək

Bu gün İslami İranda cümə namazından sonra İsveçdə Qurani-Kərimin təhqir olunmasına etiraz olaraq aksiya keçiriləcək.

İyunun 28-də Stokholmda Qurani-Kərimi təhqir edən Selvan Momika adlı ekstremist dünən (cümə axşamı) bu ölkənin polisindən icazə aldıqdan sonra ikinci dəfə Qurani-Kərimi təhqir edib.

İran İslami Təbliğat Koordinasiya Şurası öz bəyanatında İsveçdə Qurana qarşı təhqiri pisləməklə yanaşı, digər müsəlmanlar və ilahi dinlərin azad insanlarını müqəddəsləri təhqir etmək və nifrət yaymaq kimi çirkin siyasətə qarşı durmağa və İslamofobiya, dünyanı güvənsiz hala gətirmək, dünyada ekstremizmi və zorakılığı gücləndirmək məqsədi ilə həyata keçirilən bu mənfur hərəkətlə mübarizə aparmağa çağırıb.

İranın İslami Təbliğat Koordinasiya Şurası ölkə diplomatiyasından digər islam ölkələri ilə əməkdaşlıq çərçivəsində İsveçlə diplomatik əlaqələrinə yenidən baxılmasını istəyib.

Eyni kontekstdə cümə axşamı İsveçin Tehrandakı səfiri bu ölkədə Qurani-Kərimin yenidən təhqir olunmasına cavab olaraq İran Xarici İşlər Nazirliyinə çağırılıb və İslam Respublikasının etirazı ona çatdırılıb.