İsveç səfiri İran XİN-ə çağırılıb
İsveçdə Qurani-Kərimin müqəddəsliyinə qarşı bir daha hörmətsizliyin edilməsinin ardınca həmin ölkənin Tehrandakı səfiri dünən gecə İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Dünən və son bir neçə həftə ərzində ikinci dəfə olaraq, İraq-İsveç vətəndaşı Salvan Momika İsveç polisinin himayəsi altında Qurani-Kərimə hörmətsizlik edib.İsveçdə Qurani-Kərimin müqəddəsliyinə qarşı bir daha edilən hörmətsizliyə reaksiyada, dünən gecə İsveçin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi- Nasir Kənani tərəfindən nazirliyə çağırılıb və bu hörmətsiz hərəkətə qarşı İran İslam Respublikasının kəskin etiraz halları ona bəyan edilib.İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsveç səfirinə belə deyib: İsveçdə Qurani-Kərimə və islami müqəddəslərə hörmətsizliyin təkrarlanmasını kəskin tərzdə pisləyir və dünya müsəlmanlarının emosiyalarının təhrik edilməsinin nəticələrinin tam məsuliyyətinin İsveç hökumətinin üzərinə düşdüyünü bildiririk.