İran xarici işlər naziri İƏT-in fövqəladə iclasını çağırıb
İranın xarici işlər naziri İsveçdə Qurani-Kərimin təhqir olunması ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasını çağırıb.
Cümə günü İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha ilə telefon danışığında İsveçdə Qurani-Kərimə qarşı hörmətsizliyin təkrarlanmasını müzakirə edib.
Əmir Abdullahian bu telefon danışığında dərin təəssüf hissi ifadə edərək və son vaxtlar İsveçdə baş vermiş təhqir və təxribat xarakterli hərəkəti pisləyərək, bu təhqiramiz akta cavab olaraq, bu mühüm məsələnin həlli üçün ən qısa zamanda İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasının keçirilməsini təklif edib.
Əmir Abdullahian deyib: "Əgər İsveç hökuməti dərhal təsirli tədbirlər görməzsə, İslam ölkələri Qurani-Kərimi təhqir etdiyinə görə İsveçə sərt şəkildə cavab verməlidir".