Kənani Danimarkada Quran-a qarşı hörmətsizliyi kəskin qınayıb
https://parstoday.ir/azeri/news/iran-i1204-kənani_danimarkada_quran_a_qarşı_hörmətsizliyi_kəskin_qınayıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü Danimarkada Qurani-Kərimin təhqir olunmasını qətiyyətlə pisləyib və vurğulayıb ki, Danimarka hökuməti Qurani-Kərimə və İslam müqəddəslərinə qarşı edilən hörmətsizliyin qarşısını almaq və günahkarları mühakimə etmək və cəzalandırmaq üçün məsuliyyət daşıyır və İslam dünyasının ictimai rəyi bu ölkənin əməli addımını gözləyir.
(last modified 2023-07-23T05:24:29+00:00 )
İyul 22, 2023 11:09 Asia/Baku
  • Kənani Danimarkada Quran-a qarşı hörmətsizliyi kəskin qınayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü Danimarkada Qurani-Kərimin təhqir olunmasını qətiyyətlə pisləyib və vurğulayıb ki, Danimarka hökuməti Qurani-Kərimə və İslam müqəddəslərinə qarşı edilən hörmətsizliyin qarşısını almaq və günahkarları mühakimə etmək və cəzalandırmaq üçün məsuliyyət daşıyır və İslam dünyasının ictimai rəyi bu ölkənin əməli addımını gözləyir.

 

Qeyd edək ki, ötən cümə axşamı İraq əsilli İsveç vətəndaşının Qurani-Kərimi ikinci dəfə təhqir etməsindən sonra Danimarkada ifrat sağçı qrup cümə günü İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin bir nüsxəsini yandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Danimarkadakı bu çirkin hərəkəti kəskin şəkildə pisləyib.

Xarici İşlər Nazirliyinin sözçüsü dünyanın istənilən yerində müqəddəsliyi və İbrahimi dinlərin müqəddəslikləri ilə bağlı hər hansı pozuntunun effektiv şəkildə aradan qaldırılması üçün müsəlman dövlətlərinin və xalqlarının və bütün səmavi dinlərin ardıcıllarının birliyinin zəruriliyini bir daha vurğulayıb və deyib: "Dünyadakı iki milyarddan çox müsəlmanın müqəddəslikləri və dəyərlərinə qarşı təhqirlərin pərdə arxasındakı plançıların şər niyyətlərinə baxmayaraq, biz inanırıq ki, dünyadakı azad düşüncəli insanlar və haqqın tərəfdarları bu məşum fitnə və mənfur əməllərə qarşı yekdilliklə dayanıb, ayıq-sayıqlıq, birlik və həmrəylik sayəsində insan haqlarının əsl pozucularını rüsvay və peşman edəcəklər". 

Baş diplomat İslam dünyasında İslam müqəddəslərini pozanların məsuliyyətə cəlb edilməsi istiqamətində davam edən səylərə toxunaraq, deyib: "İran İslam Respublikası İslam ölkələri ilə təmas və dialoqlarını davam etdirməklə yanaşı, Qərbin saxta ifadə azadlığı adı altında insan ləyaqətini və həqiqi ifadə azadlığını hədəf alan 21-ci əsrin cəhalətinə qarşı tədbirləri və səylərini davam etdirəcək".

O, əlavə edib: "İran İslam Respublikasının nöqteyi-nəzərindən Danimarka hökuməti Qurani-Kərimə və İslami müqəddəsliklərə qarşı edilən təhqirlərin qarşısını almaq, həmçinin günahkarları mühakimə etmək və cəzalandırmaqdan məsuldur və bu baxımdan İslam dünyasının ictimai rəyi Danimarka hökumətinin əməli addımını gözləyir".

Qeyd edək ki, ötən cümə axşamı və son bir neçə həftə ərzində ikinci dəfə İraq əsilli İsveç vətəndaşı “Silvan Momika” İsveç polisinin dəstəyi ilə Qurani-Kərimi təhqir edib və İslam ölkələrinin reaksiyasına səbəb olub.

İslam ölkələri bu hərəkətləri pisləyərək, İsveçin bu ölkələrdəki səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini çağırıblar.

İran Xarici İşlər Nazirliyi də İsveçin Tehrandakı səfirini çağırıb.

Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, İsveç səfirinin Tehrandakı missiyasının başa çatması ilə əlaqədar və respublika prezidentinin əmri ilə İsveç hökuməti ilahi kitabların və Qurani-Kərimin müqəddəsliyini qorumaq üçün təsirli tədbirlər görməyincə və bu cür hörmətsizlik hallarını təkrarlayan şəxs və ya qrupla ciddi məşğul olmayana qədər, yaxın günlərdə İrana gəlməsi nəzərdə tutulan yeni İsveç səfiri qəbul edilməyəcək və İranın yeni səfiri Stokholma göndərilməyəcək.

İranın diplomatiya aparatının rəhbəri, həmçinin BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərib və iraqlı həmkarı Fuad Hüseynlə telefon danışığı aparıb.

İran və İraqın xarici işlər nazirləri bununla bağlı İslam Əməkdaşlıq Təşkilatının toplantısına çağırıblar.

Əmir Abdullahiyan İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə telefon danışığında bu mənfur əməllə bağlı qərar qəbul etmək üçün İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasını çağırıb.