"Nahid-2" peyki uğurla təyin olunmuş orbitə yerləşdirildi
Peyk buraxılış məntəqəsindən əldə olunan məlumatlara əsasən, "Nahid-2" rabitə peykinin təxminən 500 kilometr hündürlükdəki orbitə uğurla yerləşdirilməsi baş tutub.
"Nahid-2" rabitə peyki İranın Kosmik Sənaye Tədqiqatçıları tərəfindən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kosmik Agentliyi və Tədqiqat Mərkəzinin təşəbbüsü ilə, ölkənin elmi-texnoloji şirkətlərinin iştirakı ilə hazırlanıb.
Təqribən 110 kiloqram çəkisi olan bu peykin hazırlanması və orbitə göndərilməsi, İranın kosmik sənayesində aşağı orbitli (LEO) və yüksək orbitli (GEO) rabitə peykləri şəbəkəsinin qurulması və peyk rabitəsinin inkişafı yolunda atılmış mühüm addımlardan biridir. Bu peykin orbitə yerləşdirilməsi ilə yerli "Ku band" rabitə texnologiyaları ilk dəfə olaraq əməliyyat şəraitində test ediləcək. Eyni zamanda üçoxlu stabilizasiya sistemi, müxtəlif tezlik zolaqlarında ikitərəfli rabitə, məlumat idarəetməsi, enerji paylanması və digər kosmik texnologiyalar da bu peyk vasitəsilə sınaqdan keçiriləcək.