Təbrizdə Cəlaləddin Şah Xafinin 660 illik əlyazmasının təqdimatı olub / İkinci nüsxəsi Misirdədir
https://parstoday.ir/azeri/news/iran-i12594-təbrizdə_cəlaləddin_Şah_xafinin_660_illik_əlyazmasının_təqdimatı_olub_İkinci_nüsxəsi_misirdədir
Mərhum fiqh Şeyxi Ayətullah əl-Üzma Hacı Məhəmməd Əmin Sultan əl-Qərainin oğlu Şeyx Cavad Sultan əl-Qərai Cəlaləddin Şah Xafi divanının nadir və nəfis əlyazmasının Təbrizdə saxlanılan nadir kitabına işarə edərək dedi: Bu nadir kitabın ikinci nüsxəsi Misirin Qahirə şəhərindəki Xudəyviyyə Kitabxanasının əlyazma fondunda saxlanılır və bu əsər dünyada 2 nüsxədən çox deyil.
(last modified 2025-09-13T11:05:53+00:00 )
Sen 13, 2025 15:05 Asia/Baku
  • Təbrizdə Cəlaləddin Şah Xafinin 660 illik əlyazmasının təqdimatı olub / İkinci nüsxəsi Misirdədir

Mərhum fiqh Şeyxi Ayətullah əl-Üzma Hacı Məhəmməd Əmin Sultan əl-Qərainin oğlu Şeyx Cavad Sultan əl-Qərai Cəlaləddin Şah Xafi divanının nadir və nəfis əlyazmasının Təbrizdə saxlanılan nadir kitabına işarə edərək dedi: Bu nadir kitabın ikinci nüsxəsi Misirin Qahirə şəhərindəki Xudəyviyyə Kitabxanasının əlyazma fondunda saxlanılır və bu əsər dünyada 2 nüsxədən çox deyil.

 

Yuxarıda qeyd olunan əlyazma 12,5 x 20,7 sm ölçüdə, 2,3 sm qalınlıqda, halqalı, 17 sətirdən ibarət 228 səhifədə (təxminən 15 və ya 17 misra) cəmi 3500-ə yaxın beytdən ibarətdir. Hicri 787-ci ilin səfər ayında katib “Məsud ibn Mənsur ibn Əhməd Müttəbibin” dəsti-xətti ilə kətan üzərində (həm xarici, həm də daxili səthi gül və bitkilərlə bəzədilərək, cild təzələnərək) yazılmışdır.