Rəfaha hava hücumu; Təl-Əviv atəşkəsi yenidən pozub
Noy 29, -0001 23:34 Asia/Baku
Atəşkəsi yenidən pozan sionist rejim ordusu Qəzza zolağının cənubundakı Rəfah bölgəsini hava hücumları ilə hədəfə alıb.
Sionist rejim Hərbi Hava Qüvvələri atəşkəsin pozulmasına cavab vermək bəhanəsi ilə atəşkəsi pozub və Rəfahın cənub bölgəsini hədəf alıb.Bununla əlaqədar olaraq, sionist rejimin Radio və Televiziya Təşkilatı da hücumları təsdiqləyib və sionist rejim hərbçiləri ilə silahlı şəxslər adlandırdıqları şəxslər arasında sonradan atışma olduğunu bildirib.Sionist rejim ordusu isə öz növbəsində Rəfahda bir neçə hədəfə hücum etdiyini etiraf edib.
Teqlər