İşğalçı sionist rejimin məhvi yaxındadır
https://parstoday.ir/azeri/news/iran-i1306-İşğalçı_sionist_rejimin_məhvi_yaxındadır
Nablus şəhidlərinin ailələrinə başsağlığı verən İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, saxta, qəsbkar və terrorçu sionist rejimin məhvi yaxındadır.
(last modified 2023-07-26T06:49:37+00:00 )
İyul 26, 2023 10:48 Asia/Baku
  • İşğalçı sionist rejimin məhvi yaxındadır

Nablus şəhidlərinin ailələrinə başsağlığı verən İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, saxta, qəsbkar və terrorçu sionist rejimin məhvi yaxındadır.

 

Dünən Nablusda baş verən toqquşmada sionist hərbçilər üç fələstinlini şəhid edib, cənazələrini naməlum məkana aparıblar.

Toqquşma Nablusdakı “Cerizim” dağının yaxınlığında yerləşən sionist rejimin təhlükəsizlik məntəqəsində baş verib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Fələstin xalqı və müqavimət qruplarına xitabən əlavə edib: Şəhidlərinizin pak qanları hədər getməyəcək və saxta, qəsbkar və terrorçu sionist rejimin məhvi yaxındadır.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah da bazar ertəsi günü- sionist rejimdə məhkəmə dəyişikliklərinin qəbul olunması ilə bir zamanda,/ həmin günü bu rejimin ən pis günü adlandırıb. Vurğulayıb ki, bu hadisələr sionistlərin məhvinə gətirib çıxaracaq.