İran, Səudiyyə Ərəbistanı və Çin böyük üçtərəfli imkanlardan istifadə etməkdə qərarlıdır
Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi İran, Səudiyyə Ərəbistanı və Çinin Üçtərəfli Birgə Komitəsinin üçüncü iclasına toxunaraq vurğuladı: Üç ölkə Üçtərəfli Birgə Komitəsinin böyük imkanlarından öz xalqlarına xidmət etmək üçün istifadə etməkdə qərarlıdır.
O, üç ölkənin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə çalışdığını qeyd edərək dedi: Onlar həmçinin təhlükəsizlik, sabitlik, sülh və iqtisadi rifahın gücləndirilməsi məqsədi ilə regional dialoq və əməkdaşlığın vacibliyini vurğuladılar.Təxt-Rəvançi davam etdi: Üç ölkə İsrail rejiminin Fələstin, Livan və Suriyaya qarşı təcavüzünə dərhal son qoyulmasını tələb edir və eyni zamanda İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünün pozulması və təcavüz aktını pisləyir.