40-cı Tehran Beynəlxalq Qısa Filmlər Festivalı üçün qeydiyyat müddəti uzadılıb
https://parstoday.ir/azeri/news/iran-i1370-40_cı_tehran_beynəlxalq_qısa_filmlər_festivalı_üçün_qeydiyyat_müddəti_uzadılıb
Ölkə boyu kinematoqrafçıların dəfələrlə etdiyi müraciətlər nəzərə alınaraq, “40-cı Tehran Beynəlxalq Qısa Filmlər Festivalı”nın milli bölməsində iştirak etmək məqsədilə kinematoqrafçıların əsərlərinin qeydiyyatı və təqdim edilməsi üçün son tarix on gün uzadılıb.
(last modified 2023-07-30T07:17:11+00:00 )
İyul 30, 2023 11:14 Asia/Baku
  • 40-cı Tehran Beynəlxalq Qısa Filmlər Festivalı üçün qeydiyyat müddəti uzadılıb

Ölkə boyu kinematoqrafçıların dəfələrlə etdiyi müraciətlər nəzərə alınaraq, “40-cı Tehran Beynəlxalq Qısa Filmlər Festivalı”nın milli bölməsində iştirak etmək məqsədilə kinematoqrafçıların əsərlərinin qeydiyyatı və təqdim edilməsi üçün son tarix on gün uzadılıb.

 

İRNA-nın “40-cı Tehran Beynəlxalq Qısa Filmlər Festivalı”nın xəbər bölməsinə istinadən verdiyi məlumata görə, Ölkə kinorejissorlarının böyük bir hissəsinin əsərlərinin post-produktor mərhələsində olduğunu və onların əsərlərinin uzadılması və festival katibliyinə çatdırılması tələbinin yüksək olduğunu nəzərə alaraq, festivalın katibliyi əsərlərin qeydiyyatı və təqdim edilməsi müddətini avqustun 11-dək uzadıb.

Bundan əvvəl kinorejissorlar avqustun 1-dək qeydiyyat prosesini başa çatdırmalı, əsərlərini təqdim etməli və filmlərini 40-cı Tehran Beynəlxalq Qısa Filmlər Festivalının katibliyinə təhvil verməli idilər.

40-cı Tehran Beynəlxalq Qısa Film Festivalı Məhdi Azərpəndarın rəhbərliyi ilə oktyabrın 19-dan 24-dək keçiriləcək.