Rəisi Pakistanda törədilmiş terror partlayışını pisləyib
https://parstoday.ir/azeri/news/iran-i1384-rəisi_pakistanda_törədilmiş_terror_partlayışını_pisləyib
İran prezidenti Pakistanda törədilmiş terror partlayışını pisləyib və bu münasibətlə həmin ölkənin hökuməti və xalqına başsağlığı verib.
(last modified 2023-08-01T06:55:43+00:00 )
İyul 31, 2023 10:34 Asia/Baku
  • Rəisi Pakistanda törədilmiş terror partlayışını pisləyib

İran prezidenti Pakistanda törədilmiş terror partlayışını pisləyib və bu münasibətlə həmin ölkənin hökuməti və xalqına başsağlığı verib.

 

Dünən Pakistanın şimal-qərbində keçirilən bir siyasi toplantıda bomba partlayışı nəticəsində otuz doqquz nəfər ölüb, azı yüz nəfər də yaralanıbdır.

İndiyədək heç bir qrup partlayışın məsuliyyətini üzərinə götürməyib.

Seyid İbrahim Rəisi İslam Alimləri Cəmiyyəti Partiyasının Bacaur bölgəsində keçirilən toplantı məkanında törədilmiş terror aktı ilə bağlı Pakistanın baş naziri Şahbaz Şərifə ünvanladığı mesajda belə qeyd edib: Mən İran xalqı tərəfindən zati-alilərinə və dost və qardaş Pakistan xalqına başsağlığı verib, kədərinizlə bölüşməklə yanaşı, bu terror və kor-koranə hərəkəti pisləyirəm. İnanıram ki, bu cür qeyri-insani və cinayətkarcasına hərəkətlər onun amilləri və əmr verənləri üçün üzüqaralıqdan savayı, heç bir nəticə gətirməyəcək.