Xarici ölkələrdən gələn müraciətlərin sayı durmadan artır
https://parstoday.ir/azeri/news/iran-i1386-xarici_ölkələrdən_gələn_müraciətlərin_sayı_durmadan_artır
Xarici ölkələr İranla ixtisaslaşmış neft-kimya sahəsində əməkdaşlıq üçün müraciət ediblər.
(last modified 2023-08-01T06:55:43+00:00 )
İyul 31, 2023 10:43 Asia/Baku
  • Xarici ölkələrdən gələn müraciətlərin sayı durmadan artır

Xarici ölkələr İranla ixtisaslaşmış neft-kimya sahəsində əməkdaşlıq üçün müraciət ediblər.

 

İran Milli Neft-Kimya Sənayesi Şirkətinin baş direktoru bu barədə deyib: “İranın neft-kimya sənayesində ölkənin mütəxəssis qüvvələrinin səyləri nəticəsində əldə edilən nailiyyətlər bəzi ölkələrin neft-kimya sahəsində ixtisaslaşmış əməkdaşlığa və İran şirkətlərindən mal, avadanlıq və katalizatorların alınması təlabatına səbəb olub.”

Mürtəza Şahmirzayi ölkədə neft-kimya sənayesinin inkişafı üçün çoxlu imkanların olduğunu bildirərək qeyd edib: “İranın neft-kimya sənayesinin istehsal gücünü artırması ilə eyni vaxtda növbəti illərdə və hədəf bazarlarının genişlənməsi sayəsində, holdinqlərin və neft-kimya şirkətlərinin əməkdaşlığı ilə daha çox əlavə dəyər yaratmağa nail olmuşuq.”

Onun sözlərinə görə, xammal satışını azaltmaqla son məhsul istehsalına və daha çox əlavə dəyər yaratmağa doğru irəliləmək mümkün olub.

Neft nazirinin neft-kimya məsələləri üzrə müavini neft-kimya sənayesində səmərəli və ixtisaslaşmış kadr potensialının mövcudluğunu inkişafın əsas amillərindən biri hesab edərək deyib ki, İranın neft-kimya sənayesində əldə olunan nailiyyətlər ölkənin ekspert qüvvələrinin səyləri ilə həyata keçirilib.

Milli Neft-Kimya Sənayesi Şirkətinin baş direktoru səy və əzmlə dəyər zəncirinin tamamlanması yolu ilə inkişaf planlarını reallaşdırmağın mümkünlüyünü diqqətə çatdıraraq deyib: “Bu dəyər yaradan sənayenin inkişafı üçün gənclərin rolu çox vacibdir.”