Trampın layihəsi uğursuzluğa məhkumdur; Amerikanın əvvəlki təsiri yoxdur
https://parstoday.ir/azeri/news/iran-i14156-trampın_layihəsi_uğursuzluğa_məhkumdur_amerikanın_əvvəlki_təsiri_yoxdur
“The Telegraph” qəzeti ABŞ-ın İrana iqtisadi təzyiqi gücləndirmək layihəsinin uğursuzluğa məhkum olduğunu vurğulayıb.
(last modified 2026-08-26T11:56:17+00:00 )
Avq 26, 2026 15:51 Asia/Baku
  •  Trampın layihəsi uğursuzluğa məhkumdur; Amerikanın əvvəlki təsiri yoxdur

“The Telegraph” qəzeti ABŞ-ın İrana iqtisadi təzyiqi gücləndirmək layihəsinin uğursuzluğa məhkum olduğunu vurğulayıb.

"Pars Today"  məlumatına görə, Ambrose Evans-Britçardın "Telegraph" qəzetində yazdığı məgalədə İranın iqtisadi təcrid layihəsinin uğursuzluğa məhkum olduğunu bildirib, çünki ABŞ artıq on-iki il əvvəlki kimi düşmənlərinə qlobal iqtisadi blokada tətbiq etmək təsirinə malik deyil.

"Telegraph" qəzetinin məlumatına görə, ABŞ-ın İrana qarşı müharibədə Çin, Rusiya, Hindistan, Avropa və əsas maliyyə mərkəzlərinin əməkdaşlığına ehtiyacı var. Eyni zamanda, Çin Amerika təzyiqinə müqavimət göstərmək üçün daha da güclənib və həyati əhəmiyyətli Amerika mədənlərinə və ya maliyyə resurslarına qarşı tədbir görməklə ikinci dərəcəli sanksiyalara cavab verə bilər.

Hesabatda bildirilir ki, bu münaqişənin davam etməsi yanacaq və qaz qiymətlərinin artması və Avropa ehtiyatlarının azalması fonunda dünya enerji böhranını daha da pisləşdirə bilər. Buna görə də Tramp çox mürəkkəb bir tənliklə qarşılaşır və mövcud tənliklər maksimum təzyiq siyasətinin təsirsiz olduğunu göstərib.

Financial Times: İrana iqtisadi təzyiq 2018-ci illə eynidirEyni zamanda, Financial Times qəzeti Trampın İrana qarşı yeni layihəsinin əsasən ABŞ-ın nüvə sazişindən çıxdığı və İrana qarşı yüzlərlə sərt sanksiya tətbiq etdiyi, ölkənin təslim olub zəif mövqedən danışıqlar aparacağı ümidi ilə 2018-ci illə eyni olduğunu bildirib.Hesabata görə, əməliyyat Tehranı güzəştə getməyə məcbur etməyib, əksinə İranın Qərbə qarşı mövqeyini gücləndirib.

Hesabatda deyilir: Trampın yeni layihəsinin əsas zəif cəhətlərindən biri, özlərini ABŞ-a tam itaət etməyə məcbur edilmiş kimi görməyən Rusiya, Çin və Türkiyə kimi ölkələrin əməkdaşlığa ehtiyacıdır.