Rəisi: İran və İndoneziya arasında ticarət mübadiləsi milli valyutalarla aparılır
https://parstoday.ir/azeri/news/iran-i142-rəisi_İran_və_İndoneziya_arasında_ticarət_mübadiləsi_milli_valyutalarla_aparılır
İran İslam Respublikası prezidenti deyib: Tehran və Cakarta ticarət mübadilələrini milli valyutalarla aparmaq qərarına gəliblər.
(last modified 2025-06-23T09:04:51+00:00 )
May 23, 2023 15:13 Asia/Baku

İran İslam Respublikası prezidenti deyib: Tehran və Cakarta ticarət mübadilələrini milli valyutalarla aparmaq qərarına gəliblər.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi indoneziyalı həmkarı “Cudo Vidodonun” rəsmi dəvəti ilə bazar ertəsi axşam Tehrandan İndoneziyanın paytaxtı Cakartaya yola düşüb.

Aran radiosu İran Pres agentliyinə istinad edərək bildirir ki, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi çərşənbə axşamı günü bu ölkənin prezidenti Coko Vidodo ilə birgə mətbuat konfransında deyib: İki ölkə arasındakı ticarət həcminin 20 milyard dollara çatdırılması üçün çalışılır və Tehranla  Cakarta mübadilələrini milli valyutalarla həyata keçirmək qərarına gəliblər.

İran İslam Respublikası prezidenti qonşu və müttəfiq müsəlman ölkələri ilə əməkdaşlıq və əlaqəni İran İslam Respublikasının xarici siyasətinin prioriteti adlandırıb və qeyd edib ki,Asiya və dünyanın ən mühüm ölkələrindən biri olaraq İndoneziya ilə əlaqələrin genişləndirilməsi iran üçün çox önəmlidir.