İran və İndoneziya arasında 11 əməkdaşlıq sənədi imzalanıb
İran və İndoneziyanın yüksək səviyyəli rəsmiləri iqtisadi və siyasi qarşılıqlı əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə 11 sənəd və əməkdaşlıq memorandumu imzalayıblar.
İRNA-nın məlumatına görə, İran İslam Respublikası və İndoneziya arasında əməkdaşlıq sənədləri və anlaşma memorandumlarının imzalanma mərasimi bu gün, çərşənbə axşamı Cakartada keçirilib və iki ölkənin rəsmiləri 11 əməkdaşlıq sənədi imzalayıblar.
Güzəştli ticarət sazişi, vizaların ləğvi, mədəni mübadilələr, əczaçılıq məhsullarının istehsalı üzrə nəzarət əməkdaşlığı, elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq, neft və qaz sahəsində ikitərəfli əməkdaşlıq imzalanan sənədlər sırasındadır.
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi indoneziyalı həmkarı “Cudo Vidodonun” rəsmi dəvəti ilə bazar ertəsi axşam Tehrandan İndoneziyanın paytaxtı Cakartaya yola düşüb.