İranın xarici işlər naziri Pakistan ordu komandanı ilə görüşüb
https://parstoday.ir/azeri/news/iran-i1456-İranın_xarici_işlər_naziri_pakistan_ordu_komandanı_ilə_görüşüb
İran İslam Respublikasının xarici işlər naziri Pakistana rəsmi səfərinin ikinci günündə bu ölkənin ordu komandanı ilə görüşüb və tərəflər ikitərəfli əməkdaşlıqla bağlı son hadisələr barədə fikir mübadiləsi aparıblar.
(last modified 2026-08-01T08:46:57+00:00 )
Avq 04, 2023 05:41 Asia/Baku
  • İranın xarici işlər naziri Pakistan ordu komandanı ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Pakistana rəsmi səfərinin ikinci günündə bu ölkənin ordu komandanı ilə görüşüb və tərəflər ikitərəfli əməkdaşlıqla bağlı son hadisələr barədə fikir mübadiləsi aparıblar.

İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian Ravalpindidəki ordu qərargahında olarkən Pakistan Ordusunun komandanı general Seyid Asim Munir ilə görüşüb.

Əmir-Abdullahian və general Asim Munir İran-Pakistan ikitərəfli əlaqələri, xüsusilə müdafiə-hərbi əməkdaşlıq və ümumi sərhədlərdə təhlükəsizliklə bağlı son hadisələri müzakirə ediblər.

Bu, İranın xarici işlər naziri ilə Pakistanın ordu komandanı arasında bir aydan az müddətdə ikinci görüşdür.

İranın xarici işlər naziri cümə axşamı günü İslamabadda ilk işgüzar görüşündə Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşərək pakistanlı həmkarı ilə birgə mətbuat konfransında iştirak edib.

Əmir-Abdullahian, Pakistanın baş naziri Şehbaz Şərif, bu ölkənin Senat və Milli Assambleyalarının prezidentləri ilə də görüşüb.

 Bu müddət ərzində iki ölkə arasında dörd əməkdaşlıq sənədi və memorandum imzalanıb.