“Qoşunları Suriyanın suveren ərazisindən çıxarın”
https://parstoday.ir/azeri/news/iran-i1476-qoşunları_suriyanın_suveren_ərazisindən_çıxarın
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Türkiyəni öz qoşunlarını Suriyadan çıxarmağa çağırıb.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Avq 05, 2023 09:44 Asia/Baku
  • “Qoşunları Suriyanın suveren ərazisindən çıxarın”

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Türkiyəni öz qoşunlarını Suriyadan çıxarmağa çağırıb.

 

İranlı nazir bu barədə deyib: “Biz hesab edirik ki, xarici dövlətlərin qüvvələrinin Suriyada olması bu ölkənin sabitlik və təhlükəsizliyinə heç bir töhfə verməyəcək. Türkiyənin Suriya ilə sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahatlığını yaxşı başa düşürük. Ancaq hesab edirik ki, Suriyada hərbi mövcudluq həll yolu deyil”.

Qeyd edək ki, Suriya hökuməti onun icazəsi olmadan türk qüvvələrinin Suriyanın şimalında mövcudluğunu işğalçılıq faktı adlandırır və onların "geri çəkilməsini" istəyir.

Suriya rəsmiləri həmçinin elan ediblər ki, Suriya, İran, Rusiya və Türkiyənin iştirakı ilə davam edən dördtərəfli danışıqlarda onların məqsədi bütün türk qoşunlarının Suriya ərazisindən yekun olaraq çıxarılmasıdır. Onlar belə bir hərəkəti Dəməşq və Ankara arasında münasibətlərin normallaşması üçün növbəti addımların müqəddiməsi kimi qiymətləndirirlər.